FSCA tərəfindən təftiş yüksək təcrübəli mühəndis mütəxəssislər tərəfindən aparılır. Həmçinin neft sahəsində xüsusən BP və podratçı şirkətlərdə xüsusilə Azəri-Çıraq-Günəşli yataqlarında və Bakı-Tiflis-Ceyhan neft boru kəməri kimi , o cümlədən 9 il davamlı fasiləsiz texniki yardım həyata keçirir.
Xidmət Mərkəzimiz yanğın söndürmə sənayesindəki müasir bazarın tələblərinə cavab verən geniş xidmətlər çeşidini təmin etmək üçün tam təmin və təhciz olunmuşdur.
Hər cür yanğınsöndürmə avadanlığının bərpası və təmiri, Hava təmizliyi testi, Tənəffüs aparatların təmizlənməsi, Nəfəs alma aparatı üçün silindirlərin doldurulması, BS EN 1968: 2002 və ya BSEN 1803: 2002 standartlarına uyğun silindrlərin yüksək təzyiq testi və bərpası.