office@fsca.az +994 (50) 411-11-10
1/25 Əhməd Rəcəbli, Bakı

Haqqımızda

Ana Səhifə / Haqqımızda

2018-ci ildən bəri yanğından mühafizə sistemlərinin layihələndirilməsi, təchizatı, quraşdırılması və servisi üzrə lisenziyalı peşəkar tərəfdaşınız.

Fire Safety Caspian Azerbaijan MMC

Yanğın təhlükəsizliyində etibarlı mühəndislik tərəfdaşı

“Fire Safety Caspian Azerbaijan” MMC 2018-ci ildə yerli peşəkar mütəxəssislərin iştirakı ilə təsis edilmişdir. Şirkət fəaliyyətə əsasən neft-qazma buruqları və gəmilərdə yanğından mühafizə sistemləri və dənizdə xilasetmə avadanlıqlarına texniki xidmət və satışı istiqamətində başlamışdır.

Hazırda şirkət qeyd olunan xidmətləri təkcə neft-qaz sənayesində deyil, həm də qeyri-neft sahəsi üzrə də uğurla həyata keçirir. Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması daim prioritet hesab edilmiş, bu məqsədlə onların yerli və beynəlxalq təlim və seminarlarda iştirakı mütəmadi olaraq təşkil edilmişdir. Müxtəlif mühəndislik sahələrində təcrübəyə malik mütəxəssislərin komandaya cəlb edilməsi nəticəsində şirkətin fəaliyyət istiqamətləri daha da genişlənmişdir.

Belə ki, şirkət yanğından mühafizə sistemləri üzrə beynəlxalq standartların və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi sahəsində audit və uyğunluğun qiymətləndirilməsi xidmətlərini də uğurla həyata keçirməyə başlamışdır. Bununla yanaşı, Mühəndislik, Satınalma və Tikinti (EPC) layihələrində iştirak edərək müştəriləri üçün etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.

Şirkət fəaliyyətini həyata keçirmək üçün yerli dövlət qurumları, eləcə də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici təşkilatların nümayəndəlikləri tərəfindən verilmiş müvafiq lisenziya və sertifikatlara malikdir. Öz fəaliyyətində yanğın təhlükəsizliyi və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərini, eləcə də ölkə ərazisində tətbiq edilən beynəlxalq standart və normativ sənədləri rəhbər tutur.

2018Təsis ili
8+İllik təcrübə
150+Uğurlu layihə
10+Beynəlxalq istehsalçı tərəfdaş
Nə edirik

Fəaliyyət istiqamətlərimiz

Layihənin ilk eskizindən illər sonrakı texniki baxışına qədər bütün mərhələləri əhatə edirik.

Layihələndirmə və quraşdırma

Bina və istehsal obyektlərində yanğın siqnalizasiyası, tüstü xaricetmə, sprinkler, qazlı və köpüklü söndürmə sistemlərinin normativ tələblərə uyğun sıfırdan layihələndirilməsi və montajı.

Audit və uyğunluğun qiymətləndirilməsi

Mövcud obyektlərdə yanğın təhlükəsizliyi vəziyyətinin beynəlxalq standartlar və yerli qanunvericilik baxımından qiymətləndirilməsi, aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabat və aradan qaldırma planının hazırlanması.

Servis və yenidən doldurma

Karbon qazlı (CO2), quru tozlu və köpüklü balonların hidrostatik sınaqdan keçirilərək rəsmi sənədləşmə ilə doldurulması, yanğın dolabları, hidrantlar və nasosxanalar üzrə periodik texniki baxış.

Avadanlıq təchizatı

Avtomatik yanğından mühafizə sistemləri, ilkin yanğınsöndürmə vasitələri, yanğın şlanqları, lülələri, dolabları, sipərləri, odsöndürənlər və onların ehtiyat hissələrinin birbaşa təchizatı.

Dənizdə xilasetmə avadanlıqları

Gəmilər və dəniz platformaları üçün xilasetmə avadanlıqları və ləvazimatlarının təchizatı, sınağı və texniki xidməti

EPC layihələri

Mühəndislik, Satınalma və Tikinti layihələrində iştirak. ArchiCO Engineering Company ilə qurulan əməkdaşlıq modeli mərhələli şəkildə digər müəssisələri də əhatə edəcək formada genişləndirilir.

Dəyərlərimiz

İşimizi hansı prinsiplər üzərində qururuq

Yanğın təhlükəsizliyində səhvin qiyməti yüksəkdir. Ona görə də hər addımı sənədləşdiririk.

Peşəkarlıq

Əməkdaşların bilik və bacarıqlarının davamlı inkişafı, yerli və beynəlxalq təlimlərdə mütəmadi iştirak

Standartlara uyğunluq

Fəaliyyətdə Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi qanunvericiliyi, eləcə də ölkə ərazisində tətbiq edilən beynəlxalq standart və normativ sənədlər rəhbər tutulur.

Etibarlılıq

Layihədən sonra servis, sənədləşmə və texniki dəstək

Etibar

Uzunmüddətli əməkdaşlıq qurduğumuz şirkətlər

Fəaliyyət göstərdiyimiz müddət ərzində həm neft-qaz, həm də qeyri-neft sektorunda aparıcı qurumlarla işləmişik.

Neft-qaz sektoru

SOCAR Caspian Drilling Company (CDC) Azerbaijan Caspian Shipping (ASCO) Caspian Marine Services (CMS) Saipem EDC Romfor LUKOIL SOCAR Petroleum

Qeyri-neft sektoru

Heydər Əliyev Mərkəzi Azərbaycan Beynəlxalq Bankı Heydər Əliyev Fondu Azerconnect Group PAŞA Bank ASC Veysəloğlu Şirkətlər Qrupu AZCON Holdinq Otel şəbəkələri
Bütün Layihələr
Sənədlərimiz

Lisenziya və sertifikatlar

FHN dövlət lisenziyaları, ISO 9001, ISO 14001, ISO 45001, ABS, DNV, ASMPA və Caspian Lloyd sertifikatları, həmçinin NAFFCO distributerlik və Lalizas avtorizasiya məktubları

KORPORATİV ƏMƏKDAŞLIQ ÜÇÜN

Bizimlə Əlaqə Saxlayın

Ünvan 1/25 Əhməd Rəcəbli, Bakı, Azərbaycan
Əlaqə nömrəsi +994 (50) 411-11-10
E-poçt office@fsca.az
Təşəkkür edirik! Müraciətiniz uğurla qəbul edildi. Tezliklə əlaqə saxlayacağıq.