ŞAMANDIRALAR
Şamandıra bir çox məqsədləri olan su üzərində üzən bir qurğudur. Şamandıralar okeanlar, dənizlər, çaylar və göllərdə olur. Şamandıra naviqasiya və sığınacaq üçün mühüm işarə rolu oynayır. Bu sadə, lakin həyati vacib alətlər dənizçilərə yol göstərir, sadə dildə desək, dənizçilərin görən gözüdür.
Şamandıralar niyə vacibdir?
Az öncə də dediyimiz kimi, şamandıralar dənizçilərin görən gözləridir. Şamandıralar su üzərində üzən yol hərəkət nişanı kimi qayıqlara yol tapmağa kömək edir.Bundan əlavə gəmi qəzaları barədə öncədən xəbərdarlıq edir və növbəti qəzaların qarşısını alır. Onlar qayıqların dayanması yer tapmağa kömək edir. Şamandıraların bir özəlliyi də alimlərə okeanı daha yaxşı anlamağa kömək etməsidir ki, bu da hava proqnozu və ətraf mühitin mühafizəsi üçün çox vacibdir.
Şamandıralarının növləri
- Naviqasiya şamandıraları: Elektron ötürücüyə malikdir, gəmilərə, qayıqlara elektron qaydada yolu göstərir.
- Kardinal Şamandıralar: Kardinal istiqamətlərə (şimal, cənub, şərq, qərb) görə təhlükələrin yerini göstərir. Onlar görünməz qaya kimi suyun altında qalır və gəmilərə, qayıqlara təhlükəsiz yolları göstərirlər.
- Təhlükəsiz Su Şamandıraları: Naviqasiya kanalının mərkəzini qeyd edir və ya şamandıranın ətrafında təhlükəsiz suyun olduğunu göstərir
- Xüsusi işarə şamandıraları: Boru kəmərləri, kabel xəttləri və istirahət zonaları kimi xüsusi yerləri işarə etmək üçün istifadə edilir.
- Bağlama şamandıraları: Gəmilərin bağlanması üçün dayanıqlı bir nöqtə göstərir, lövbərə ehtiyacı aradan qaldırır.
- Hava və məlumat toplama şamandıraları: Hava şəraiti, dəniz temperaturu, duzluluq və dalğa yüksəklikləri haqqında məlumat toplamaq üçün sensorlarla təchiz edilir. Meteoroloji tədqiqat və ətraf mühitin monitorinqi üçün çox vacibdir.
Şamandıralarından istifadə qaydası
Şamandıraların düzgün istifadəsi yerləşdirildiyi lokasiyadan tutmuş texniki xidmətə qədər bir neçə addımı əhatə edir. Bu addımlar aşağıda qeyd etdiyimiz kimidir:
- Hazırlıq
Şamandıranı nə üçün istifadə edəcəyik? Bu, suyun dərinliyini, dalğaların hündürlüyünü və potensial təhlükələri anlamaq üçün gərəklidir. Əraziyə uyğun şamandıra növünü və ölçüsünü təyin etmək vacibdir.
- Yerləşdirmə
Şamandıranı yerində bərkitmək üçün adətən beton blokdan, zəncirdən və yerində fırlanan altlıqlardan istifadə edilir. Yerləşdirmə yerinə daşımaq və lövbərin dəniz dibinə möhkəm bərkidilməsini təmin edərək diqqətlə suya endirmək lazımdır.
- Texniki qulluq və monitorinq
Şamandıranın saz vəziyyətdə olmasını, düzgün lövbər salmasını və uzunömürlü işləməsi üçün müntəzəm yoxlamalar aparmaq vacibdir.
Şamandıralar naviqasiya, təhlükəsizlik və ətraf mühitin monitorinqi üçün önəmlidir. Onların növlərini, funksiyalarını və yerləşdirilməsi düzgün etmək təhlükəsizlik üçün əhəmiyyətlidir. Bu məqalədə sizə şamandırların təhlükəsizlik üçün vaicibiyyətini qısa da olsa çatdırmağa çalışdıq. Bəs siz heç şamandıra görmüsünüz?