Giriş Qapıları

QAPILARI

“Giriş qapıları” adətən bina və ya struktur daxilində müəyyən bir sahəyə və ya məkana giriş və ya çıxışı təmin edən qapılara aiddir. Bu qapılar texniki xidmət və ya təhlükəsizlik kimi məqsədlər üçün dekorativ deyil, funksional olmaq üçün nəzərdə tutulmuşdur. Giriş qapıları fərqli ehtiyacları ödəmək üçün müxtəlif ölçülərdə, materiallarda və konfiqurasiyalarda olur.

Giriş qapıları təhlükəsizlik məqsədləri üçün yaradılsa da zamanla tikintidə dizaynı tamamlayan və şöhrəti vurğulayan əsas faktorlardan birinə çevrilmışdir. Məhz buna görədir ki, villası iri olanın qapısı da iri olar. Ümumi desək, giriş qapısı olmayan evi, binanı və ya obyekti təsəvvür etmək olmaz.

Biz bu gün bunlardan yazacağıq:

  • Giriş qapıları nədir?
  • Giriş qapıları necə dizayn edilir?
  • Smart qapılar yoxsa giriş qapıları?
  • Giriş qapıları nə dərəcədə təhlükəsizdir?
  • Giriş qapısı hər evə lazımdır!

Giriş qapıları tarixi

Gəlin ilk öncə tarixə gedək. Bugünə qədər yəqin ki heç kimin ağlına giriş qapısının niyə yarandığı gəlməyibdir. İbtidai əcdadlarımız parça və pərdələrdən, qayalarla örtülmüş kiçik mağaralardan istifadə edirdilər. Bəli, bəli, mağara! Mağaranın girişində isə adətən gözətçilər olurdu. Şükürlər olsun ki, biz müasirləşdikcə, təkmilləşdikcə, evimizin girişindəki pərdə daha güvənli həllə – giriş qapısına çevrildi.

Giriş qapıları dizaynı necədir?

Giriş qapılarının diqqətəlayiq xüsusiyyətlərindən biri də, onların çox yönlü olmasıdır. Onlar müxtəlif tələblərə və mühitlərə uyğun olaraq müxtəlif ölçülərdə, materiallarda və konfiqurasiyalarda gəlirlər. Hər seçim üçün unikal giriş qapısı var. Onlar hamar polad panellərdən tutmuş möhkəm alüminium qapılara qədər müxtəlif formalarda, ölçülərdə və materiallarda olur və istənilən məkan üçün mükəmməl uyğunluğu təmin edə bilir. Harada quraşdırılmalarından asılı olmayaraq, bu qapılar istənilən məkanın estetikasına uyğunlaşdırıla bilər.

Giriş qapıları yoxsa smart qapılar?

Giriş qapıları gündən-günə ağıllı qapılar olmağa doğru gedir. Hal-hazırda siz uzaqdan monitorinq edən və ya biometrik təhlükəsizliyi olan  ağıllı giriş qapılarını çox yerdə görə bilərsiniz. Smart Qapılar evi, binanı və ya obyekti idarə etməyi daha da asanlaşdırır. Texnologiya inkişaf etdikcə giriş qapıları daha da ağıllı olur.. Artıq giriş qapılarında ekoloji cəhətdən təmiz materiallar, smart qapılarda isə enerjiyə qənaət edən özəlliklər görmək olur. Texnologiya inkişaf edir, bəs siz texnologiya ilə ayaqlaşırsınız?

Giriş qapısı təhlükəsizdir?

Təhlükəsizlik ciddi bir məsələdir. Bəzi giriş qapılarında təhülkəsizliyi daha yaxşı qorumaq üçün xüsusi kilidlərdən istifadə edilir. Bu, təkcə qiymətli əşyaları qorumur, həm də bina sakinlərinin təhlükəsizliyini təmin etmək üçün istifadə edilir. Yuxarıda da dediyimiz kimi,  giriş qapısı artıq barmaz izi oxuya bilən, turniketi olan, avtomatik açıla bilən, göz skaneri olan smart qapılara çevrilib.

Giriş Qapısı hər evə lazımdır!

Giriş qapıları binanın interyerinin sözün əsl mənasında giriş hissəsidir və binanı görənlər üçün ilk təəsürat yaradır. Onlar  funksional, təhlükəsiz və estetik görünüşə malik olmalıdır. Giriş qapıları dizaynı tamamlayan və göz oxşayan olmaqla yanaşı bizim təhlükəsizliyimizidə qoruyur. Buna görə də, binanın tikintisində giriş qapılarına diqqət etməliyik.

 

Sual: Sizcə indi olduğunuz yerdə qapı möhkəmdir?

“Fire Safety Caspian Azerbaijan” – 2018-ci ildə yaradılaraq, Xəzər regionunda yerli qanunvericilik və standartların tələbləri əsasında yanğınla mübarizə və həyat xilasetmə avadanlıqlarının təchizi və təmiri işlərini həyata keçirir.

© 2024 · Bütün hüquqlar qorunur!

Faydalı keçidlər

Ünvan

Çinar Park Biznes Mərkəzi, bina 3, blok B, mərtəbə 3

Developed by Hüseyn Süleyman