Fire Safety Caspian Azerbaijan
“Fire Safety Caspian Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə yaradılaraq, Xəzər regionunda yerli qanunvericilik və standartların tələbləri əsasında yanğınla mübarizə və həyat xilasetmə avadanlıqlarının təchizi və təmiri işlərini həyata keçirir. Əsas fəaliyyət istiqaməti Neft-Qazma buruqlarında, gəmilərdə, istehsalat sahələrində, təzə istifadəyə verilmiş və ya istifadədə olan binalarda, ofislərdə, iaşə obyektlərində xilasetmə avadanlıqların, ilkin yanğınsöndürmə, yanğından mühafizə, yanğın xəbərverici sistem və vasitələrinin satışı, quraşdırılması, texniki xidməti, təmiri və keyfiyyətinin bərpası işlərinin aparılmasıdır.
“Fire Safety Caspian Azerbaijan” MMC Yanğından mühafizə avadanlıqlarının istehsalı üzrə tanınmış və BƏƏ-də yerləşən Naffco şirkətinin Azərbaycanda odsöndürən balonlarının satışı üzrə rəsmi nümayəndəsi, həyat xilasetmə avadanlıqlarının istehsalı üzrə tanınmış və Yunanıstanda yerləşən Lalizas şirkətinin rəsmi nümayəndəsidir. Bundan başqa şirkət ÇXR-nın Synergy, Böyük Britaniyanın Cadmus, Tayphoon, RF-nin Yarpoj İnvest, Rif, Melanti şirkətləri ilə partnyorluq edir, onların istehsal elədiyi malların təchizini həyata keçirir. Peşəkar sertifikatlı işçi heyyətinə malik olmaqla “FSCA” MMC ciddi uğurlar əldə edərək yeni iş yerləri yaratmaqla bu sahədə öz töhfəsini verir.
Partnyolarımız və layihələrimiz: PMD Group, North West, SOCAR, Caspian Drilling Company, Draft Construction MMC, Norm ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Kristal Abşeron, Caspian Marine Services Limited, Saipem, Sea Breeze, P&O Maritime Logistics, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, UBOC, Bahar Energy, SOCAR Fugro, SOCAR Cape, Bos Shelf, Oceannering, Selective Marine, Jan de Nul, Van Oord, FMG, Azerconnect, Azercell, Veysəloğlu, Azərbaycan Beynəlxalq Bank ASC, Holcim ASC, Məkan MMC, GTA MMC və digərləri.